RU

Berlində Qəzzaya dəstək mitinqində 60 min nəfər iştirak edib

Berlinin müxtəlif ərazilərində Qəzzaya dəstək aksiyaları keçirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, polisi məlumatına görə, aksiyalara ümumilikdə 60 min nəfər qatılıb. Ən böyük mitinq “Bütün nəzərlər Qəzzaya” şüarı altında Berlinin mərkəzi – Mitte rayonunda təşkil olunub. Berlinin mərkəzi küçələri ilə yürüş edən iştirakçılar “Qəzzaya dəstək”, “Soyqırımı dayandırın”, “İsrailə silah tədarükünə son verin” kimi şüarlar səsləndiriblər.

Kroyzberq rayonunda keçirilən aksiya zamanı polis konstitusiyaya zidd olan və terror təşkilatlarını təbliğ edən şüarların səsləndirildiyini və rəmzlərin nümayiş olunduğunu əsas gətirərək yürüşün qarşısını alıb.

Ümumilikdə mitinqlər zamanı 72 nəfər saxlanılıb.

AzPost.az

Избранный
11
3
azpost.info

4Источники