RU

İrəvanda ara qızışır: yeni oyunçu meydanda – İnanılmaz Moskva detalı

“Ermənistandakı qatı millətçi və rusiyapərəst müxalifət qüvvələri Zəngəzur dəhlizi mövzusu ətrafında manipulyasiyaları qızışdırır”.

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın açıqlamasına toxunub:

“Jurnalistlər Petrosyandan Zəngəzur dəhlizi ilə bağlı hansı təhlükələri gördüyünü soruşduqda o, qısaca belə cavab verib: “Mən çoxlu təhlükələr görürəm”. Keçmiş prezidentin bu açıqlaması konkret detallardan qaçaraq ictimaiyyətdə panika və qeyri-müəyyənlik yaratmağa yönəlmiş siyasi jestdir. Robert Köçəryan- Serj Sərkisyan rejimi hakimiyyətdə olarkən onlara qarşı olan müxalifətə rəhbərlik edən Ter-Petrosyan indi öz mövqeyini dəyişdirərək keçmiş düşmənləri ilə bir cəbhədə durmağa başlayıb. Onun bir zamanlar dəstəklədiyi Paşinyana qarşı çıxışlar etməsinin əsl səbəbi də siyasi qısqanclıqdır. Petrosyan yaşının çoxluğuna baxmayaraq, hələ də hakimiyyət xəyalı ilə yaşayır”.

Ekspert bildirib ki, Petrosyanın səsləndirdiyi fikirlər yeni deyil:

“O, radikal erməni millətçilərinin fikirlərini təkrar edir. Maraqlıdır ki, nə keçmiş prezident, nə də onun həmfikirləri bu məsələ ilə bağlı konkret faktları açıqlamırlar. Sadəcə bunu “dəhşətli” adlandıraraq bir tərəfdən Paşinyana qarşı olan etimadı sarsıtmağa, bir tərəfdən isə Azərbaycan və Ermənistan arasında baş verən sülh təşəbbüsünü pozmağa çalışırlar. Müxalifət bu kimi məsələlərdə tez-tez Sünikin adını çəkməklə bölgə əhalisi arasında panika yaratmaq və onların öz sırasına axınını təmin etmək istəyir”.

Z.Əmrəliyev qeyd edib ki, digər maraqlı tərəf Ermənistanda Zəngəzur dəhlizi əleyhinə əks- təbliğat aparan qüvvələrin əsasən Rusiyaya bağlı olmasıdır:

“Levon Ter-Petrosyanın onların sırasına qatılması isə tarixin ironiyasıdır. Bir vaxtlar Moskvanın dəstəyi ilə hakimiyyətdən devrilən sabiq prezident indi yenidən siyasi revanş götürmək üçün Rusiyadan mədət umur. Zəngəzur dəhlizi mövzusunu isə bu mübarizədə alətə çevirməyə cəhd göstərir. Çünki bu həm tarixi, həm də strateji baxımdan cəmiyyətin həssas nöqtəsidir”./Globalinfo.az

Избранный
8
1
turkustan.az

2Источники