Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib.
Turkustan.az "Report"a istinadən xəbər verir ki, kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.
Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.
Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc müdal əldə ediblər.
10:30
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olublar.
Turkustan.az "Report"a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışlarına start verilib.
İlk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib.
Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutubla.
Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.