RU

Nadirin xanımına görə Ayanla münasibəti bitib?

Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarındakı yaranan soyuqluq barədə sualı cavablayıb. 

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, o, “Xanımının xoş qarşılamamasına görə Ayanla menasibətləri bitib” iddiasından danışıb:

“O məndən yaşda və sənətdə kiçikdir. Mən tərəfimdən heç bir problem yoxdur. Kimsə nə deyibsə, bilmirəm. İlk məndən yığıb öyrənmək lazımdır. Xanımım uğurlar qazanmağıma dəstək olub. Bilirdi ki, tanınandan sonra müxtəlif xəbərlər ola bilər. O, sənətimə qarışmır. Ayan bizim evdə də olub”.

Bir zamanlar aralarından “su keçməyən” sənətçilər bir müddətdir ki, münasibətlərini kəsiblər. Hətta Babakişiyeva Qafarzadənin oğlunun toy dəvətini belə cavabsız qoymuşdu.

Müğənnilərin tez-tez səmimi görüntüləri isə media və sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu.

Избранный
21
7
konkret.az

8Источники