RU

Azərbaycan millisi III MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq

Azərbaycanda ilk dəfə keçiriləcək MDB Oyunlarında boks yarışlarına sentyabrın 29-da start veriləcək. Oktyabrın 5-də başa çatacaq mübarizəyə milli komandamız 37 idmançı ilə qatılacaq.

Bu barədə Far.Az-ə Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov sayca III Oyunlarda 2 heyətə güvənəcək. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda rinqə Qardaş Rəhimov, Əli Ruşanov (hər ikisi 46 kq), Əli Əliyev, Həsən Sahratlı (hər ikisi 48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (hər ikisi 50 kq), Əli Abaslı, Hüseyn Quliyev (hər ikisi 52 kq), İbrahim Bədəlli, Sadiq Musayev (hər ikisi 54 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Şahin Aslanov, Toğrul Quliyev (hər ikisi 60 kq), Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (hər ikisi 63 kq), Dəniz Rüstəmov, Nurlan Süleymanov (hər ikisi 66 kq), Adil Zalov, Hidayət Məmmədov (hər ikisi 70 kq), Şükar Əliyev, Nicat İmanov (hər ikisi 75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (hər ikisi 80 kq), Səfdər Məmmədzadə və İbrahim Nağıyev (hər ikisi +80 kq) rinqə çıxacaqlar.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevlə məşqçi Elnur Piriyev isə MDB Oyunlarında Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (hər ikisi 50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Azərpur Mirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcəklər.

Yarışda 8 ölkənin – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu gücünü yoxlayacaq. Qız idmançıların final görüşü oktybarın 4-də, oğlanların həlledici döyüşləri ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi Anar Babanlı olacaq.

Избранный
18
11
far.az

10Источники