RU

Parisdə “Azərbaycanda minalar” adlı fotosərgi keçiriləcək

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paris, 28 sentyabr, AZƏRTAC

Parisdə “Azərbaycanda minalar” adlı fotosərgi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan–Fransa Dialoqu Assosiasiyası və Gilavar Foto klubunun birgə təşkilatçılığı ilə Paris şəhərində “Azərbaycanda minalar” adlı fotosərgi təşkil olunacaq.

Sentyabrın 30-da açılışı olacaq sərgidə erməni işğalı zamanı Azərbaycan torpaqlarına basdırılmış minaların qurbanlarının fotoları nümayiş olunacaq və müharibədən sonra minaların yaratdığı bədbəxtliklər fotolar vasitəsilə nümayiş olunacaq. Fotosərginin məqsədi – mina təhlükəsinin dəhşətli nəticələrinə diqqət çəkmək və bu aktların müharibə cinayəti kimi tanınmasına çağırış etməkdir.

Həmçinin sərgidə minalardan zərər çəkmiş insanların həyatı, dağıdılmış torpaqlar və mülki əhalinin gündəlik qarşılaşdığı təhlükələr sənədli fotolar vasitəsilə təqdim olunacaq. Bu təşəbbüs maarifləndirmə və həmrəylik məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
3
azertag.az

4Источники