RU

Tramp Aİ-ni Ukrayna müharibəsində məsuliyyət daşımağa çağırdı

Steigan portalı xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Aİ-nin Ukraynaya dəstək üçün məsuliyyəti öz üzərinə götürməsi barədə bəyanatı ilə Avropa ölkələrini şoka salıb.

Doğru.az xəbər verir ki, məqalədə Trampın Avropanı Ukraynadakı müharibəni təkbaşına həll etməyə çağırışının Aİ və Avropa paytaxtlarında şok dalğaları yaratdığı vurğulanır.

Məqalə müəllifinə görə, ABŞ prezidenti böhranın nəticələrinə görə məsuliyyəti NATO-nun üzərinə ataraq, Ukraynadakı münaqişədə birbaşa iştirakdan uzaqlaşmağa çalışır.

Bloomberg isə yazır ki, Trampın mövqeyini dəyişməsi Ukrayna üçün heç də müsbət nəticə vəd etmir. “Advance” nəşri isə qeyd edib ki, Amerika lideri Kiyevə yardıma görə məsuliyyəti Aİ-yə keçirir.

DOĞRU.AZ

Избранный
13
1
dogru.az

2Источники