RU

Bu gün III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Gəncə şəhərində III MDB Oyunlarının açılış mərasimi keçiriləcək.

 

Senzor.az bildirir ki, mərasimdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

 

Qeyd edək ki, sentyabrın 26-da start götürən turnirdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edir. Yarışda Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir. Pakistan da yarışda 4 idmançı ilə təmsil olunur.

 

Tədbir şəhər stadionunda saat 19:00-da başlayacaq.

 

III MDB Oyunlarına oktyabrın 8-də Gəncə şəhər stadionunda yekun vurulacaq.

Избранный
39
26
senzor.az

10Источники