RU

Sürücülük vəsiqələri tibbi göstəricilərə əsasən geri alınacaq – Bu ölkədə

Dövlət Dumasının Səhiyyənin Mühafizəsi Komitəsinin rəhbəri Sergey Leonovun sözlərinə görə, hazırda real vaxt rejimində monitorinq sistemi yaradılır.
KONKRET.az xəbər verir ki, tibbi məlumat bazaları Daxili İşlər Nazirliyinin (DİN) bazaları ilə inteqrasiya ediləcək.

Hazırda artıq qanunvericilik tədbirləri qəbul edilib: insana avtomobil idarə etməyi qadağan edən tibbi əks göstərişlər aşkar olunduğu andan məlumat DİN-ə ötürüləcək. Bu zaman diaqnoz açıqlanmayacaq, yalnız sürücülük hüququnun geri alınmasına dair tibbi göstərişin mövcudluğu qeydə alınacaq. Bundan sonra sürücülük vəsiqəsi Yol Polisi tərəfindən ləğv ediləcək.

Yeni qanun 2027-ci il martın 1-dən qüvvəyə minəcək. Həmin vaxta qədər tibbi əks göstərişləri aşkar edilmiş sürücü vəsiqəsinin müddəti bitənədək — yəni 10 ilədək — avtomobil idarə edə biləcək.

Natiq Səlim,

KONKRET.az

Избранный
9
2
konkret.az

3Источники