RU

Şəhidlərimiz xaricdə anılıb

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov sülh və əmin-amanlığı xalqımıza bəxş etmək üçün canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını bildirib.

Sonda tədbir iştirakçılarına Vətən müharibəsi və şəhidlərimiz haqqında videogörüntülər nümayiş olunub.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş mərasim keçirilib. Azərbaycan və türk icması üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Səfir İrfan Davudov 27 sentyabr tarixinin xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin hər zaman yüksək ehtiramla yad ediləcəyini vurğulayıb.

Türkiyənin Malayziyadakı səfiri Emir Salim Yüksel 27 sentyabrın tarixinin qürur günü, Azərbaycanın birlik və toxunulmazlıq rəmzi olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsindəki Zəfərin bütün türk dünyası üçün tarixi hadisəyə çevrildiyini vurğulayıb.

İsveçin Höteborq şəhərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və gənc fəal Məsumə Rüstəmlinin aparıcılığı ilə keçirilən Anım Günü üç hissədən ibarət olub. Birinci hissədə şəhidlərimizin qəhrəmanlıq hekayələri, Vətən uğrunda fədakarlıqları xatırlanıb və onların ruhuna dərin ehtiram ifadə olunub. İkinci hissədə Avropada yaşayan azərbaycanlılar olaraq gələcək nəsillərə milli kimliyin, tariximizin və şəhidlərimizin qəhrəmanlığının necə ötürülməsi müzakirə edilib. Tədbirin üçüncü hissəsi uşaqlara həsr olunub. Onlara Anım Gününün mahiyyəti, “şəhid” və “vətən” anlayışları Ana dili müəllimi Aynur Xudiyeva tərəfindən izah edilib. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
azvision.az

1Источники