RU

Ukraynadan qorxduqları üçün sakit davranırlar Zelenski

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynaya qarşı Rusiya tərəfindən başlanmış genişmiqyaslı işğalın əvvəlində bir neçə atəş Dnestryanı tərəfindən açılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, özünü “müstəqil” elan etmiş Dnestryanı bölgəyə rəhbərlik edən şəxslər Ukraynadan qorxduqları üçün sakit davranırlar:

“Çünki müharibənin əvvəlində bizdən xəbərdarlıqlar aldılar. Həmin ərazidən bir neçə atəş açıldı. Biz onlara yaxşı bir xəbərdarlıq etdik, şəxsən mənim tərəfimdən və buna görə də indi orada sakitdirlər”.

Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, əgər sabah Moldovada keçiriləcək seçkilərdə prorusiya qüvvələri qalib gəlsələr, Dnestryanı hakimiyyəti yenidən “səs-küylü” ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
3
olke.az

4Источники