RU

Samir Abasov “Neftçi”dən istefa ərizəsi yaz(may)ıb?

Mövsümün ən «yüngül təqvim»i «Neftçi»dədir. Altı tur keçib, çempionluğa iddialıardan yalnız «Sabah»la qarşılaşıblar və… onu da uda bilməyiblər.
«Şamaxı, «İmişli», «Karvan» - bunlar öz canı ilə əlləşən komandalardır. «Neftçi» onlar üzərində qələbəyə də sevinə bilməyib.
Samir Abasov artıq üz vurmamalıdır, Sumqayıt - doğma şəhər və qonşular gözləyir. Ora getməyə tələsməlidir.
Abasov «Neftçi»dən yorulmaya bilər, «Neftçi» ondan yorulub amma. Bu işbirliyi kluba heç nə vermir. Transferlərə böyük pul xərcləməkdən və vaxt itkisindən savayı.
Komanda pis oynamır, yaxşı oynayır. Ən azından yaxşı oynmağa səy göstərir. Di gəl, bu səylər bəhrəsizdir: «Neftçi» ilk altı həftədə kifayət qədər xal itirib. İitirilən bu xalları irəlidə kompensasiya etmək çox çətin olacaq. Bəlkə də heç mümkün olmayacaq.
Samir Abasov «hər şey bir qələbə ilə dəyişəcək» deyirdi. O qələbə Sumqayıt səfərində qazanıldı, ardı isə gəlmədi.
«Karvan» liqanın ən zəif heyətə malik iştirakçısıdır. «Neftçi» ona bir və ya bir neçə qol vura bilmirsə, Samir Abasov istefa ərizəsi yazmağa tələsməlidir. Üzüsulu getmək üçün. Rəsmi surətdə qovulmamaq üçün. «Forza» tərəfindən fitə basılmamaq üçün. Sabahı üçün. İkinci Adil Şükürov olmamaq üçün.
Əslində, onun üçün gerisayım çoxdan başlayıb. Özü hələ vəziyyəti düzgün qiymətləndirə bilməsə də. Getdiyi küçənin tininə dirəndiyini dərk etməsə də.
ELNUR

Избранный
12
sportinfo.az

1Источники