RU

III MDB Oyunları: Stolüstü tennisçilərimiz medal qazandılar

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc mükafat qazanıblar.

Fanat.Az xəbər verir ki, bu gün keçirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan Yağmur Məmmədli ilə Aylin Əsgərova üçüncü yeri tutublar.

Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.

Qeyd edək ki, idmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

Избранный
26
12
fanat.az

10Источники