RU

Süleyman İsmayılzadə: Gümüş medal qazandığım üçün sevincliyəm

GƏNCƏ, 28 sentyabr. TELEQRAF

“Üzgüçülük yarışının ilk günündə çox yaxşı nəticə qazandıq”.

Teleqraf xəbər verir ki, ki, bunu Gəncədə təşkil edilən III MDB Oyunlarının üzgüçülük üzrə 1500 məsafəyə sərbəst üsulda yarışda gümüş medal qazanmış Azərbaycan təmsilçisi Süleyman İsmayılzadı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan üzgüçülərinin MDB Oyunları tarixində ilk dəfə medal qazandığını qeyd edib: “Bu bizim ölkəmiz üçün böyük uğurdur. Gümüş medal qazandığım üçün sevincliyəm. Gələcəkdə daha da yaxşı nəticə qazanmaq istəyirəm. Digər təmsilçilərimizə uğurlar arzulayıram, məşqçilərimlə federasiya rəhbərliyinə isə təşəkkür edirəm”.

Избранный
56
2
teleqraf.com

2Источники