RU

Rusiya Ordusu Kiyevə kütləvi raket və dron zərbələri endirib - 4 nəfər ölüb

Gecə saatlarında Rusiya Ordusu Kiyevə kütləvi raket və dron zərbələri endirib. SİA xəbər verir ki, hücum nəticəsində paytaxtın 15-dən çox məntəqəsində dağıntılar qeydə alınıb. Solomyanski, Svyatoşinski, Qoloseyevski, Darnitski və Dneprovski rayonlarında yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə ziyan dəyib. Darnitski rayonunda uşaq tədris müəssisəsi zərbəyə məruz qalıb. Solomyanski rayonunda beşmərtəbəli yaşayış binasına raket düşüb. Nəticədə binanın 3 və 4-cü mərtəbələrində yanğın başlayıb və qismən uçqun yaranıb. Xilasetmə əməliyyatları zamanı dağıntılar altından 12 yaşlı qızın meyiti çıxarılıb. Üç nəfər xilas olunub, bir nəfər isə xəsarət alıb. Bundan başqa, Kardiologiya İnstitutun binasına zərbə endirilib, dağıntılar altından 2 nəfərin meyiti çıxarılıb.

Kiyev şəhər administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, digər məntəqədə də bir nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin dayı 4 nəfərə çatıb, 10-a qədər yaralı var.

Избранный
19
11
sia.az

10Источники