RU

Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxış ölkəmizin beynəlxalq arenadakı mövqeyinin, xarici siyasət prioritetlərinin və qlobal məsələlərə münasibətinin aydın ifadəsi oldu. Bu çıxış həm Azərbaycanın dövlət maraqlarının müdafiəsi, həm də dünya ictimaiyyətinə ünvanlanmış ədalətli və prinsipial mövqenin bəyanatı kimi böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında ilk növbədə müasir dövrün ən ciddi çağırışlarına toxundu. O, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasının vacibliyini, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin qlobal sabitlik üçün əsas şərt olduğunu vurğuladı. Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğala məruz qaldığını xatırladan dövlət başçısı, yalnız güclü siyasi iradə və xalq-ordu birliyi nəticəsində bu ədalətsizliyə son qoyulduğunu diqqətə çatdırdı.

Çıxışda xüsusilə qeyd olundu ki, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn təminatçısı kimi çıxış edib, öz ərazi bütövlüyünü bərpa edib və bu, BMT qətnamələrinin icrasına nümunədir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq arenada ədaləti və hüququ müdafiə edən tərəf kimi nüfuz qazanıb.

Bununla yanaşı, Prezident regional əməkdaşlıq və sülhün bərqərar olunması məsələlərinə də toxundu. Azərbaycanın təşəbbüsləri ilə həyata keçirilən nəqliyyat və enerji layihələri təkcə ölkəmiz üçün deyil, bütün region və dünya üçün mühüm əhəmiyyət daşıdığı vurğulandı. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi rolu, eləcə də “yaşıl enerji” və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı planları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Prezident İlham Əliyev çıxışında humanitar məsələlərə də xüsusi yer ayıraraq Azərbaycanın qlobal təşəbbüslərinin – “Qoşulmama Hərəkatı”na uğurla sədrlik etməsi, COVİD-19 pandemiyası dövründə göstərdiyi dəstək və humanitar yardımların ölkəmizin beynəlxalq həmrəyliyə verdiyi töhfələrin bariz nümunəsi olduğunu qeyd etdi.

Ümumilikdə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı Azərbaycan dövlətinin güclü, prinsipial və qətiyyətli mövqeyinin ifadəsi oldu. Bu çıxış həm ölkəmizin ədalətə əsaslanan siyasətini, həm də beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirdi. Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş və ədalətin müdafiəçisi kimi mövqeyini bir daha təsdiqlədi.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Избранный
35
2
sabahinfo.az

3Источники