RU

Postsovet ölkəsində qalmaqal: prezident elə şeyi açıqladı ki...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Moldova prezidenti Maia Sandu seçkilərdəki korrupsiya hallarından danışıb.

Globalinfo.az xəbər verir ki, o, vətəndaşları ölkənin taleyini həll etmək üçün səs verməyə çağırıb.

“Gəlin dünyaya göstərək ki, Moldova təkcə böyük ürəkli kiçik bir ölkə deyil, həm də layiqli vətəndaşları, öz ölkəsini pula satmayan insanların olduğu bir yerdir”, – deyə Sandu bildirib.

O qeyd edib ki, 100 milyon avro Moldovada seçkilərə müdaxilənin müxtəlif üsullarına, o cümlədən səslərin satın alınmasına xərclənib.

Sandunun sözlərinə görə, gənclər ölkədə sabitliyi pozmaq üçün hazırlanır. Moldova prezidenti bütün bu məlumatların hüquq-mühafizə orqanları tərəfindən verildiyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники