RU

İsrail bu beynəlxalq yarışdan kənarlaşdırıldı

Oktyabrın 4-də İtaliyada keçiriləcək “Giro dell Emilia” veloyarışında ”İsrail-Premier Tech” komandasının iştirakı ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters yayıb.

Məlumata görə, komandanın yarışdan kənarlaşdırılması qərarı son vaxtlar Fələstin etirazlarının artması fonunda verilib.

Yarış təşkilatçıları bunu ictimai təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıblar.

Birgünlük “Giro dell Emilia” yarışı Bolonyada başa çatacaq. Təşkilatçılar məhz finiş xəttinin etiraz aksiyalarına tuş gələ biləcəyindən ehtiyat ediblər.

Bizim.Media

Избранный
43
14
bizim.media

10Источники