RU

Bakıdan yayılan bu ad Paşinyanı qorxuya saldı Dünyada məşhurlaşır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Ermənistan Baş naziri Nikol Paşinyan yenə özü-özünü təkzib edib. O, BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsinin gündəmdən çıxarılmalı olduğunu bildirib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan düşünür ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihənin qısa adı “Tramp dəhlizi“ kimi çağrılmalıdır:

“Halbuki, Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzu dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: “Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp Marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”.

Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı, beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qisim hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur”.

Politoloq 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində erməni ekspertlə mübahisəni da xatırladıb:

“Çıxışımda Xankəndi söylədikcə o əsəbiləşirdi. Fasilədə mənə yaxınlaşaraq “Stepanakert qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz” deyə sual etmişdi. “Kimin necə adlandırmasından asılı olmayaraq bizim üçün həmin şəhər Xankəndidir” demişdim və sonda biz deyən oldu. Bu gün beynəlxalq aləm də bu adı qəbul edib. İndi ermənilər kefləri istədikləri qədər “Tramp dəhlizi” ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı “Zəngəzur dəhlizi” ifadəsindən də istifadə edəcəyik.

Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi Donald Tramp da etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi “Tramp dəhlizinin” də əsas şərti məhz budur”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
4
globalinfo.az

5Источники