UEFA-nın “Center of Refereeing Excellence” (CORE) proqramı təşkil olunub.
"Unikal" xəbər verir ki, gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi proqramda Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır.