RU

Si Tsinpin Trampdan Tayvanın müstəqilliyinə qarşı çıxmağı tələb edir

Çin lideri bunu ticarət sazişinin şərtlərindən biri kimi görür...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, Çin lideri Si Tsinpin ABŞ prezidenti Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı rəsmi mövqe sərgiləməsini tələb edir. Mənbələrin bildirdiyinə görə, bu, Pekin ilə Vaşinqton arasında imzalanması nəzərdə tutulan yeni ticarət sazişinin əsas şərtlərindən biri ola bilər.

Jurnalın yazdığına görə, Si Tsinpin artıq Tramp administrasiyası ilə yüksək səviyyəli təmaslar üçün zəmin hazırlayıb və indi özünün əsas məqsədinə – ABŞ-Nİn Tayvan siyasətində dəyişiklik edilməsinə nail olmağa çalışır. Çin tərəfi hesab edir ki, bu addım Tayvanı beynəlxalq müstəvidə təcrid edə bilər.

Hazırda ABŞ-nin mövqeyi Tayvanın müstəqilliyinə dəstək verməməkdən ibarətdir. Lakin Si Cinpin bunun kifayət etmədiyini düşünür və Trampın Vaşinqtonun rəsmi şəkildə Tayvanın müstəqilliyinə qarşı olduğunu bəyan etməsini istəyir.

WSJ-nin mənbələri qeyd edir ki, Pekin Trampı iqtisadi sazişə maraqlı tərəf kimi görür və məhz bu marağın Çin liderinə onun mövqeyini dəyişməyə imkan verəcəyinə inanır. Çinli siyasi müşavirlər ABŞ-la aparılan son danışıqlarda rəsmi bəyanatın vacibliyini xüsusi vurğulayıblar.

Poliqon.info

Избранный
3
poliqon.info

1Источники