RU

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırdı


Fransada yeni baş nazir Sebastyən Lökornü tərəfindən təqdim edilən ilk büdcə yönümlü tədbirlər ölkənin üç əsas həmkarlar ittifaqı – CFDT, CGT və CFTC tərəfindən inandırıcı hesab olunmayıb. Həmkarlar ittifaqları oktyabrın 2-də kütləvi etiraz aksiyası keçirməyə çağırıb.

Həmkarlar ittifaqı etiraz nümayişini verilən vədlərin onların gözləntilərini qarşılamaması ilə əsaslandırıblar. CFDT baş katibinin müavini İvan Rikordo “franceinfo”ya verdiyi açıqlamada bildirib ki, Lökornünün təqdim etdiyi planlarda əsl siyasi dönüş yoxdur və bu açıqlamalar 2 oktyabr aksiyası üçün əsas verir. CFDT hesab edir ki, təqdim olunan tədbirlər yalnız etirazçıların mövqeyini daha da gücləndirəcək.

CFDT, xüsusilə, 2023-cü ildə qəbul edilən pensiya islahatının dayandırılmamasından narazıdır. CGT-nin çağırdığı 2 oktyabr etiraz nümayişi pensiya islahatının ləğvi tələbi ilə keçiriləcək.

Yeni baş nazir Sebastyən Lökornünün ilk maliyyə planları həmkarlar ittifaqlarının ümidlərini doğrultmayıb. CFDT, CGT və CFTC, sosial ədalətsizliklərin davam etdiyini və vədlərin qeyri-kafi olduğunu bildirərək, xalqı oktyabrın 2-də ölkə miqyasında geniş etiraz aksiyasına çağırıb. Fransa bu tarixdə növbəti sosial gərginlik dalğası ilə qarşı-qarşıya qala bilər.

ZÜMRÜD

Избранный
3
3
baki-xeber.com

4Источники