RU

Bu gecə Danimarka hərbi obyektləri üzərində naməlum dronlar müşahidə edilib

Danimarka Silahlı Qüvvələri hadisəni təsdiqləyib, lakin əlavə məlumat açıqlamayıb...

Poliqon xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin (SQ) bir sıra hərbi obyektləri üzərində gecə saatlarında naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub. Bu barədə ölkənin SQ-nin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib: “Silahlı Qüvvələr təsdiq edir ki, ötən gecə bir neçə hərbi obyekt üzərində dronlar müşahidə olunub. Hadisə ilə bağlı bir sıra resurslar cəlb edilib. Hazırda əlavə məlumat vermək imkanımız yoxdur”. Bununla belə, SQ dronların dəqiq sayını və müşahidə olunduqları yerləri açıqlamayıb.

Son günlər Danimarkada dron fəaliyyəti ilə bağlı halların intensivləşdiyi qeyd olunur. Şənbə günü Karup hərbi aviabazası üzərində, həftə ərzində isə Skridstrup aviabazası və Holstebro kazarmaları yaxınlığında naməlum PUA-lar qeydə alınıb. Bundan əvvəl isə bir neçə mülki hava limanı ətrafında oxşar hadisələr yaşanmışdı.

Hazırda bu uçuşların arxasında kimin dayandığı məlum deyil. Hərbi ekspertlər və təhlükəsizlik qurumları məsələni yaxından izləyir, Danimarka hakimiyyəti isə baş verənləri potensial təhlükəsizlik riski kimi qiymətləndirir.

Poliqon.info

Избранный
9
poliqon.info

1Источники