GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Avropa İttifaqı (Aİ) Moldovadakı seçkilərə müdaxilə edir, günahı isə Rusiyanın üzərinə atır”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo deyib.
Onun sözlərinə görə, Qərb mediası əvvəlcədən “Rusiya müdaxiləsi” barədə danışmağa başlayıb:
“Əgər Aİ-yə yaxın siyasətçi Maya Sandu seçkilərdə uduzsa, səbəb kimi Moskva göstərilsin deyə bu addım atılırdı. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta mütəmadi olaraq Moldovaya səfərlər ediblər”.
Filippo həmçinin, fon der Lyayenin 1,8 milyard avro dəyərində yardım paketi elan etdiyini xatırladıb.
Fransız siyasətçi əlavə edib ki, Moldovanın Müstəqillik Günü münasibətilə keçirilən mitinqdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk iştirak ediblər.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.