RU

OMBUDSMAN APARATI İnformasiya əldə etmək hüquququ ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər BARƏDƏ VİDEOÇARX PAYLAŞDI

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 

Yaranma tarixindən təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar informasiya adlandırılır. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq hər kəs özü, bir başa və ya nümayəndəsi vasitəsi ilə informasiya shibinə müraciət etmək informasiya növünü və əldə etmək formasını seçmək hüququna malikdir. 

İnformasiya sahibləri dövlət orqanları, bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təsil, səhiyyə, mədəniyyət, social sahələrdə xidmət göstərən hüquqi və ya fiziki şəxslərdir. İnformasiya əldə etmək üçün informasiya sahibinə edilən yazılı və şifahi müraciət informasiya sorğusu, bu müraciəti edən hüquqi və ya fiziki şəxs isə sorğuçu adlanır. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Sorğuçu yazılı informasiya sorğusunda adını və soy adını, əlaqə məlumatlarını, sorğu edilən informasiyanın məzmununu, yaxud sənədin növünü, və ya adını, sənədin bəlli olan rekvizitlərini, informasiyanın təqdim etmə formasını göstərməlidir. İnformaiya sahibi öz informasiya ehtiyyatlarından hər kəsə sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.  İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Sənədlərin reyestrini aparmalıdır. İctimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir. Açıqlamalı olduğu ictimai informasiyanı qanunla müəyyənləşirilmiş qaydada və müddətdə açıqlamalıdır. Sorğuçuya kömək etməlidir. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir. Əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır. Həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İnformasiya sahibləri tərəfindən informasiya sorğusu ən qısa zamanda yəni 7 iş günündən gec olmayaraq icra edilməlidir. İnformasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduğunda icra müddəti 7 gün uzadıla bilər. Bu müddətdə informasiya öz operativliyini itirərsə sorğuya dərhal,  bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində, qeyri-iş günləri istisna olmaqla təqdim edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman haqqında Kontitusiya qanununun 1.3-cü maddəsinə uyğun olaraq Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin informasiya əldə etmək haqqında Azərbaycan respublikasının qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İnformasiya sorğusunun icrasından qanunsuz olaraq imtina edilirsə, və ya lazımi səviyyədə icra edilmirsə,  sorğuçu Ombudsmana şikayət etmək hüququna malikdir. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasına tələb edir. İnformasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericilkdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İnzibati xətalar məcəlləsinin 371, 372, 373, 374, 381.2, 381.3, 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanın fəaliyyəti çərçivəsində protokol tərtib olunur. 

Ətraflı videoda:

 


Избранный
15
azia.az

1Источники