RU

Moldovada parlament seçkiləri zamanı kiberhücumlar qeydə alınıb

Hakerlər MİK-in saytına, dövlət bulud xidmətlərinə və xaricdəki seçki məntəqələrinə hücum edib...

Poliqon xəbər verir ki, Moldovada keçirilən parlament seçkiləri zamanı ölkənin əsas informasiya sistemləri kiberhücumlara məruz qalıb. Hücumlar Mərkəzi Seçki Komissiyasının (MİK) rəsmi internet səhifəsini, dövlətin bulud xidmətlərini, idarəetmə proseslərinin avtomatlaşdırılmış sistemlərini, həmçinin xaricdə fəaliyyət göstərən bir sıra seçki məntəqələrini hədəfə alıb.

Moldovanın İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Xidməti açıqlama yayaraq bildirib ki, bütün hücumlar real vaxt rejimində aşkarlanıb və zərərsizləşdirilib:
«Heç bir hücum seçki xidmətlərinin əlçatanlığına və ya bütövlüyünə təsir göstərməyib».

Qurum əlavə edib ki, kiberhücumların arxasında kimlərin dayandığı barədə araşdırma aparılır. Eyni zamanda, seçki prosesinin təhlükəsizliyinin təmin olunması üçün əlavə texniki tədbirlər görülüb.

Mütəxəssislər qeyd edirlər ki, bu cür hücumlar seçki infrastrukturuna etimadı sarsıtmaq və seçicilər arasında çaşqınlıq yaratmaq məqsədi daşıya bilər.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники