RU

Sumqayıtda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İki "Mercedes", bir "Kia" və bir "Chevrolet" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində bütün nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
12
7
anews.az

10Источники