RU

Venesuelanın XİN başçısı: BMT-nin Baş katibi ölkəmizə dəstək verdi

BMT-nin baş katibi Antoniu Quterreş Venesuelaya dəstəyini ifadə edib və ABŞ-nin Karib hövzəsindəki hərbi təhdidini əsassız hesab edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Quterreşlə görüşündən sonra teleqram kanalında bildirib.

“Biz (BMT) baş katibə göstərdiyi dəstəyə görə təşəkkür edirik. O, ABŞ-nin Karib hövzəsindəki hərbi təhdidini əsassız və qəbuledilməz hesab etdiyini təsdiqlədi, çünki bu, BMT Nizamnaməsini pozur və bütün regionun sabitliyini və suverenliyini təhdid edir”, – nazir bildirib.

Xarici işlər naziri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı sistemi günahsız xalqlara qarşı yeni cinayətkar təcavüzlərin, Fələstində soyqırımı kimi BMT-nin prinsiplərinin daha da məhvinə gətirib çıxaracaq təcavüzlərin qarşısını almalıdır.

Избранный
29
3
nocomment.az

4Источники