Sentyabrın 28-də Günəşdə güclü partlayış baş verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilir ki, partlayış Moskva vaxtı ilə saat 11:40-də (Bakı vaxtı ilə saat 12:40 - red.) qeydə alınıb.
Patlayışın M6.4 səviyyəsində olduğu qeyd edilir.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.