Günəşdə güclü partlayış qeydə alınıb.
BAKU.WS xəbər verir ki, sentyabrın 28-də Günəşdə güclü partlayış müşahidə olunub.
Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, hadisə Moskva vaxtı ilə saat 11:40-da (Bakı vaxtı ilə 12:40-da) baş verib.
Məlumata əsasən, partlayışın gücü M6.4 səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X.
Bu hadisə Günəşin aktivliyinin artdığını göstərən faktorlardan biri kimi qiymətləndirilir.