RU

Nigeriyada mədənin çökməsi nəticəsində azı 18 nəfər ölüb

Qahirə, 28 sentyabr, AZƏRTAC

Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib. İtkin düşən işçilərin axtarışları davam edir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə cümə axşamı Maro bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng qayanın mədən üzərinə aşması nəticəsində baş verib.

Xilasetmə işlərində iştirak edən mədənçilərdən biri Sani Lavali deyib ki, indiyədək 18 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

O əlavə edib ki, 12 fəhlə hələ də mədəndə qalıb və onların taleyi naməlumdur. Xilasetmə əməliyyatı davam edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
12
7
azertag.az

8Источники