104 nömrəli marşrutun avtobusları yenilənib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Artıq daha müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş avtobuslarla əvəzlənib. Sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir", - deyə məlumatda qeyd olunur.