RU

Rusiya Latın Amerikasındakı silah bazarını itirir – KƏŞFİYYAT

Ukraynaya genişmiqyaslı təcavüzə başlayandan sonra Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar Kremlin Latın Amerikasında geosiyasi mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“Region ölkələri ilə genişləndirilmiş əməkdaşlığı nəzərdə tutan “Primakov doktrinası” kimi tanınan təşəbbüs indi simvolik diplomatik jestlər – nümayəndə heyətlərinin mübadiləsi, tələbə proqramları və orta səviyyəli görüşlərlə məhdudlaşır. Əsas tərəfdaşlar da Kuba, Nikaraqua və Venesuela - SSRİ ilə tarixi əlaqələri olan dövlətlər olaraq qalır. Bundan başqa, sanksiyalara görə Rusiya ilə Latın Amerikası ölkələri arasında hərbi-texniki əməkdaşlıq əhəmiyyətli dərəcədə azalıb. Kəşfiyyat mənbələrinə görə, Rusiya ənənəvi olaraq bölgəni sovet dövründən qalma silahlarla təmin edirdi, lakin Ukrayna müharibəsi bu ehtiyatları tükəndirib”, - məlumatda qeyd olunub./axar.az

Избранный
7
2
bakivaxti.az

3Источники