RU

Səlçuk Karakılıç: Yavuz Bülent Bakiler sabah İstanbulda dəfn ediləcək

BAKI, 28 sentyabr. TELEQRAF

"İki ildən çox idi, Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Heç nəyi xatırlamırdı. Bu gün 89 yaşında İstanbulda evində vəfat etdi. Sabah dəfn ediləcək".

Bunu Teleqraf-a Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç Qarabağ əsilli şair və yazıçı Yavuz Bülent Bakilerin ölümü haqqında danışarkən deyib.

Səlçuk Karakılıç qeyd edib ki, Yavuz Bülent Bakilerin ölümü türk dünyası üçün böyük itkidir: "Onu 30 ildən çox idi, tanıyırdım. Məni oğlu kimi görürdü. O, əslən Qarabağ əsilliydi, Ağdamdan idi. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı mənimlə tez-tez telefon vasitəsiylə danışırdı. Deyirdi ki, 84 yaşındadır, yoxsa müharibəyə gedərdi. Hazırda əlimdən dua etməkdən başqa heç nə gəlmir. Həyatdaykən torpaqlarımızın azad olmasını istəyir. Azərbaycan ordusu işğal altındakı şəhər və kəndləri azad etdikcə zəng edib, bu sevincimizi birlikdə bölüşərdik. Hətta vəsiyyət etmişdi ki, Ağdamdan torpaq gətirilsin və məzarına qoyulsun.
Mən Qarabağa gedəndə Ağdamdan Yavuz Bülent Bakiler üçün bir ovuc torpaq aparmışdım. Allah rəhmət eləsin, ailəsinə başsağlığı verirəm".

Qeyd edək ki, Yavuz Bülent Bakiler "Azərbaycan", "Qarabağ həsrəti", "Azərbaycan ürəyimdə bir şahdamardır" kimi şeirlərin müəllidir.

Избранный
33
teleqraf.com

1Источники