RU

Azərbaycan kiloqramı 2 dollardan Qazaxıstana 80 ton at əti satıb

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Azərbaycan bu ilin ilk 7 ayı ərzində Qazaxıstana 80 ton at əti də ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Qazaxıstana satılan at ətinin bir kiloqramının orta gömrük dəyəri 2 dollar (3,4 manat) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Qazaxıstana satdığı at ətinin miqdarı 6 dəfəyə yaxın artıb.

Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
87
1
yeniavaz.com

2Источники