“Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib. Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib”, – deyə əlavə olunub.
Ajans.az xəbər verir ki, səbəb Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələ olub. Bildirilib ki, havahərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.