RU

Almaniya hökumətinin nümayəndələri əfqan miqrantların deportasiyasının müzakirəsi üçün Kabilə səfər edəcəklər

Almaniya hökumətinin nümayəndələri ölkədəki əfqan miqrantların kütləvi deportasiyası ilə bağlı Taliban hakimiyyəti ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda Kabilə səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Aleksander Dobrindt "Bild am Sontag" qəzetinə açıqlamasında deyib.

Əfqanıstana deportasiyaların müntəzəm şəkildə həyata keçirilməli olduğunu vurğulayan nazir bu barədə Taliban hökuməti ilə danışıqlara başlandığını qeyd edib: "Əfqanıstana deportasiyalar müntəzəm olaraq həyata keçirilməlidir. Buna görə cinayətkarların və təhlükə törədən şəxslərin gələcəkdə ardıcıl şəkildə deportasiya edilməsi barədə danışıqlar aparırıq".

Nazirliyin nümayəndələrinin Əfqanıstana səfəri oktyabr ayına planlaşdırılır.

Rəsmi Berlinin Taliban hakimiyyəti ilə diplomatik münasibətləri olmadığı üçün rejimin 2021-ci ilin avqustunda iqtidara gəlməsindən sonra Almaniyadan Əfqanıstana yalnız Qətərin vasitəçiliyi ilə iki deportasiya həyata keçirilib. Ötən ilin avqustunda 28 məhkum, bu ilin iyulunda isə əksəriyyəti zorakılıq və cinayətlər törətmiş şəxslər olan 81 nəfər Əfqanıstana təhvil verilib.

Избранный
14
4
day.az

5Источники