RU

Qəzzadan dəhşətli xəbər gəldi

İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam etdirdiyi hücumlar nəticəsində Qəzzada ölənlərin sayı 66 min 5-ə, yaralıların sayı isə 168 min 162-yə yüksəlib.

Musavat.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 79 nəfərin meyiti, 379 yaralı gətirilib.

Məlumata əsasən, İsrailin 18 mart tarixində atəşi pozmasından bəri 13 min 137 fələstinli həyatını itirib, 56 min 121 nəfər isə yaralanıb. 

Fələstin Səhiyyə Nazirliyi İsrailin yardımpaylama məntəqələrinə hücumlarını davam etdirdiyini də bildirib. Son 24 saat ərzində bu bölgələrdən xəstəxanalara 6 nəfərin meyiti və 66 yaralı gətirilib. Rəsmi məlumata görə, yardımpaylama məntəqələrindən xəstəxanalara gətirilən meyitlərin sayı 2 min 566-ya, yaralıların sayı isə 18 min 769-a yüksəlib.

"Cebheinfo.az" 

Избранный
23
4
cebheinfo.az

10Источники