Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.
KONKRET.az Report-a istinadən xəbər verir ki, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.
Azərbaycan təmsilçiləri 0:3 hesabı ilə uduzub.
Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.