RU

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.

“İki sahil” xəbər verir ki, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.

Həlledici görüşdə rusiyalı İvan Zaytsau - Aleksey Rabuşka cütü ilə qarşılaşan Azərbaycan idmançıları 0:3 hesabı ilə uduzublar.

Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

III MDB OyunlarıAzərbaycan yığmasıstolüstü tennis

 

Избранный
31
4
ikisahil.az

6Источники