Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubu Argentina millisinin kapitanı Lionel Messini heyətinə qatmağı planlaşdırır.
Bizim.Media “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, ərəblər Messi üçün hərəkətə keçib.
Onlar 2025-ci il dekabrın 31-də “İnter Mayami” ilə müqavilə müddəti başa çatacaq argentinalıya istədiyi maaşı verməyə hazırdır. Messi isə bu haqda düşünmək üçün “Əl-Qadsiya” rəhbərliyindən vaxt istəyib.
Qeyd edək ki, bu klubda hazırda Naço Fernandez, Yulian Veyql, Mateo Reteqi, Koen Kasteels kimi tanınmış futbolçular çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта