RU

Moldovada hüquq müdafiə təşkilatı 247 seçki pozuntusu aşkarlayıb

Moldovanın "Promo-Lex" hüquq müdafiə təşkilatı davam edən parlament seçkilərində 247 qanun pozuntusunu qeydə aldığını bildirib.

Bu barədə qurumun saytında dərc olunan məlumatda deyilir.

"Pozuntu kimi təsnif edilən 344 işə baxılıb, onlardan 247-i təsdiqlənib", - təşkilat qeyd edib.

Pozuntular arasında seçicilərin məntəqələrə daşınması və həmin məntəqələrdə videoçəkiliş aparılması halları da var.

İctimai rəy sorğularına görə, parlamenti və hökuməti nəzarətdə saxlayan, prezident Maya Sandunu dəstəkləyən Fəaliyyət və Həmrəylik Partiyası çoxluğu qoruya bilməsə, gələcək hökumət koalisiya şəklində formalaşacaq. Bu şəraitdə səsvermə nəticələrində hər faiz həlledici ola bilər. Moldova müxalifəti isə hakimiyyəti inzibati resurslardan istifadə və kütləvi saxtakarlıqlarda ittiham edir.

Избранный
23
3
news365.az

4Источники