RU

Türkiyəli tarixçi: Naxçıvanda gördüklərim məni valeh etdi və qürurlandırdı

Naxçıvanda gördüklərim məni valeh etdi və qürurlandırdı. Orada hətta kəndlərdə belə musiqi məktəbləri fəaliyyət göstərir, Naxçıvan Dövlət Universitetinin nəzdində isə 150 nəfərlik simfonik orkestr mövcuddur. Mən öz-özümə sual verdim: “Niyə Mustafa Kamal Atatürkün dövründə “musiqi inqilabı” elan edilən Türkiyədə bu cür təcrübə yoxdur?”.

“İki sahil” xəbər verir ki, bu fikirlər türkiyəli məşhur tarixçi, professor İlber Ortaylının “Hürriyet” qəzetində bazar günü dərc olunmuş yazısında əksini tapıb.

Alim Naxçıvan Dövlət Universitetinin rektoru professor Elbrus İsayevin və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş dördgünlük səfər təəssüratlarını oxucu auditoriyası ilə bölüşüb.

İ.Ortaylı vurğulayıb ki, Türkiyə və Azərbaycanı yalnız iqtisadi, müdafiə və ya diplomatik əlaqələr deyil, həm də mədəni yaxınlıq bağlayır. Bu isə iki ölkənin tarixi irsindən qaynaqlanan təbii nəticədir. Bu kontekstdə professor Ümummilli Lider Heydər Əliyevin sözlərini sitat gətirib: “Bir millət, iki dövlət.”

“Binaların memarlıq üslubu, yaşıllıqlar, həyət-bacalar, universitet, dövlət strukturlarının inzibati binaları Naxçıvan şəhərinə möhtəşəm bir görkəm verir və bu, məni dərin təsirləndirdi. Burada İran, Avropa və Anadolu qovuşur... Naxçıvan öz mətbəxi, incəsənəti və mədəniyyəti ilə xüsusi bir ruh daşıyır”, – deyə tarixçi qeyd edib.

Müəllif, həmçinin Naxçıvanda təşkil olunan konfranslardan, oradakı diqqətdən və ona ünvanlanan suallardan məmnun qaldığını bildirib.

İ.Ortaylı səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdüyünü də qeyd edib.

Alim əlavə edib ki, azərbaycanlılar Türkiyəyə və onun mədəniyyətinə böyük maraq göstərirlər, bu isə xüsusilə gənc tələbələr arasında özünü daha çox büruzə verir.

İ.Ortaylı Azərbaycanı “Qafqazda həlledici oyunçu” adlandıraraq, Bakının “uğurlu və peşəkar xarici siyasətinə, eləcə də dövlət strukturlarının səriştəli fəaliyyəti”nə diqqət çəkib.

Избранный
25
4
ikisahil.az

5Источники