RU

Rezaidən sərt açıqlama: “Onları ölkədən çıxarın!”

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rezai “Snapback” mexanizminin işə salınmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr news” məlumat yayıb. Rezainin sözlərinə görə, Avropa üçlüyünə (Böyük Britaniya, Fransa, Almaniya) qarşı atıla biləcək ən yüngül addım onların səfirlərinin İrandan çıxarılmasıdır:

“Neftimizi illərdir normal sata bilmirik və bu mexanizm yeni hadisə deyil. Onların səfirlərini ölkədən çıxarmaq lazımdır”.

O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının sanksiyaları əvvəlki məhdudiyyətlərdən fərqli olaraq heç bir yenilik gətirmir.

Избранный
6
1
konkret.az

2Источники