Bəzi Türkiyə sosial media səhifələrində və profillərində Azərbaycana qarşı dezinformasiya kampaniyası davam etdirilir
Axar.az xəbər verir ki, bu dəfə Prezident İlham Əliyevin BMT-dəki çıxışını izləyən Azərbaycan nümayəndə heyətinin fotosunu "İsrailin Baş naziri Netanyahunun çıxışını dinləyərkən" başlığı ilə paylaşıblar
Bundan əvvəl Medianın İnkişafı Agentliyi Türkiyə mediasında ölkəmizə qarşı bu cür kampaniyaların təəssüf doğurduğu barədə məlumat yaymışdı.