RU

Britaniya və Ukrayna "Dron divarı"nın tikintisində PUA-lardan istifadə edəcək

Böyük Britaniya və Ukrayna tərəfindən istehsal edilən pilotsuz uçuş aparatları (PUA) "Dron divarı"nın tikilməsi layihəsində istifadə olunacaq.

Bu barədə "Telegraph" qəzeti Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən yazıb.

"Britaniya istehsalı olan pilotsuz uçuş aparatları NATO-nu Rusiya hücumlarından qorumaq üçün "Dron divarı" yaradılmasında istifadə olunacaq. Ukrayna ilə birgə hazırlanan yeni ucuz pilotsuz uçuş aparatları yeni strategiyanın bir hissəsidir", - məlumatda deyilir.

Əvvəllər bildirilmişdi ki, müdafiə məsələləri üzrə Avropa Komissiyasının üzvü Andryus Kubilyus blokun şərq sərhədi boyunca "Dron divarı"nın yaradılmasını Aİ hərbi rəhbərliyi ilə müzakirə edəcək.

Избранный
20
3
demokrat.az

4Источники