RU

Rusiya Polşa səfirliyini də vurdu

Rusiyanın Kiyevə hücumu zamanı Polşanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski deyib.

O bildirib ki, raketin komponentlərindən biri konsulluq idarəsinin damına düşüb, tavanı deşib və mətbəxə düşüb. Onun sözlərinə görə, xəsarət alan olmayıb.

Vronski əlavə edib ki, hadisədən sonra ilkin zərərin qiymətləndirilməsi aparılıb:

"Bu zərərin zəif olduğu və səfirliyin işinə təsir etməyəcəyi ortaya çıxıb".

Избранный
23
2
bakivaxti.az

3Источники