RU

NATO dan Rusiya açıqlaması: “Putini danışıqlar masasına oturtmağın yeganə yolu...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın “West Point” Hərbi Akademiyasında çıxış edərək Ukraynadakı müharibənin perspektivlərinə toxunub.

Globalinfo.az xəbər verir ki, alyans rəhbəri NATO ölkələrinin Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib:

“Məqsəd odur ki, Ukrayna özünü müdafiə etmək və gələcəkdə Rusiyanın istənilən təcavüzünün qarşısını almaq üçün lazım olan hər şeyə malik olsun”.

Ruttenin sözlərinə görə, ABŞ və müttəfiqləri sülhün davamlı olması üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirlər. O həmçinin qeyd edib ki, münaqişə çox güman danışıqlarla yekunlaşacaq.

NATO baş katibi əlavə edib ki, Vladimir Putinlə dəfələrlə görüşüb və onun fikrincə, Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu təzyiqləri artırmaqdır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
globalinfo.az

1Источники