Bu gün Misli Premyer Liqasının 6-cı turunda "Sabah" "Sumqayıt"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 26-cı dəqiqəsində Coy Lens Mikels hesabı açıb. 35-ci dəqiqədə isə Rüstəm Əhmədzadə bərabərlik qolunun müəllifi olub - 1-1.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
6-cı tur
28 sentyabr
19:00. "Sabah" 1–1 "Sumqayıt"
Qol: Coy Lens Mikels, 26 (1-0), Rüstəm Əhmədzadə, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
"Bank Respublika Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”