RU

"Real Madrid"in keçmiş qapıçısı 88 yaşında vəfat edib

“Real” klubunun sabiq qapıçısı Xose Arakistayn Arrieta 88 yaşında dünyasını dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Kral klubu”nun rəsmi mətbuat xidməti məlumat yayıb və ailəsinə başsağlığı verib.

Arrieta “Real”da 1961–1968-ci illərdə çıxış edib. O, 98 oyunda meydana çıxaraq 6 dəfə İspaniya çempionu olub, 1 dəfə İspaniya Kubokunu və 1 dəfə Avropa Çempionlar Kubokunu qazanıb.

Xose Arakistayn “Real Sosyedad”ın yetirməsi olub və İspaniya milli komandasında da çıxış edib. O, 6 oyun keçirərək 6 qol buraxıb və 1962-ci il Dünya Çempionatının heyətində yer alıb. Klub səviyyəsində Arrieta həmçinin “Elçe” və “Kastelyon” komandalarında çıxış edib.

Избранный
28
6
90deqiqe.az

7Источники